24 Şubat 2010 Çarşamba

Azərbaycanlılar Kanada siyasətinə daxil olurlar

KANADA Yeni Demokrat Partiyası sədrinin (YDP) Şərq ölkələrindən gələnlər üzrə müavini, eyni zamanda Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Aslan Xalidi bildirdi ki, orada yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında iştirak etməyə səy göstərirlər: "Bu gün Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası tərəfindən qəbul olunması gözlənilən xartiya da imkan verəcək ki, xaricdə ölkələrdə yaşayan soydaşlarımız öz təsir imkanlarını daha da artırsınlar". A.Xalidi dedi ki, Kanada vətəndaşı olaraq Vancouver şəhərində yaşayır və orada fəaliyyət göstərən Yeni Demokrat Partiyasının üzvüdür.
Onun sözlərinə görə, türk, fars və ingilis dillərini bildiyi üçün, eyni zamanda özü müsəlman olduğundan vəzifə də tutur. A.Xalidi vurğuladı ki, partiyada olması soydaşlarımız tərəfindən də dəstəkləndiyindən onlar YDP-nin sıralarına həvəslə qoşulurlar. A.Xalidinin sözlərinə görə, təmsil olunduğu partiyada vaxtilə ermənilər də varmış və bir müddətdən sonra onların qurumdan kənarlaşdırılmasına nail olub. Hazırda Kanada dövləti və ordakı partiyaların Dağlıq Qarabağ məsələsinə baxışı da dəyişib: "Əvvəllər onlar münaqişənin əsas mahiyyətini bilmirdilər. Elə bilirdilər Kanada münaqişənin həllində ermənilərin mövqeyini dəstəkləsə, doğru addım atmış olacaq. Ancaq başa saldıq ki, onlar bu mövqeləri ilə daha çox Rusiyanın bölgədə təsir imkanlarını artırırlar. Yəni Ermənistanın bölgədə Rusiyanın forpostu olmasından xəbərsiz idilər".
Nahid
http://www.hafta-ichi.com/newv/2008/12/19/anons=2

Hiç yorum yok:

Yorum Gönder