24 Şubat 2010 Çarşamba

Aslan Xalidi:Kanadanın təhsil müəssisələrində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mütəmadi informasiyaların verilməlidir.

Kanada parlamentinin 38 deputatı qondarma “erməni soyqırımı”nın yuxarı palatada müzakirəsinin əleyhinə çıxıb.
Azərbaycan həqiqətlərinin Kanada təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında köklü dəyişiklik yaranıb. Kanadada yaşayan azərbaycanlı, bu ölkənin nüfuzlu “Nyu Demokrat” Partiyasının Yaxın Şərq və Qafqaz üzrə əlaqələndiricisi, politoloq Aslan Xalidi deyib ki, təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasına səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olub.
Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib. Kanadanın “Nyu Demokrat” Partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma “erməni soyqırımı” iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxış edib. Parlamentdə Azərbaycan şöbəsinin fəaliyyət göstərməsi və bu vasitə ilə ölkəmizin maraqlarının siyasi strukturda müzakirəyə çıxarılması qarşıda duran başlıca məqsədlərdəndir. Xocalı və 31 mart soyqırımlarını Kanadada gündəmə gətirmək üçün göstərilən səylər də artıq nəticəsini verib. A.Xalidi qeyd edib ki, 24 kilsə başçısının iştirakı ilə keçirilən Azərbaycan həqiqətləri adlı tədbir dini pərdə altında fəaliyyət göstərən erməni lobbisi üçün əsl zərbə olub.


Qarşıda duran digər vacib məsələlərdən biri də Kanadanın təhsil müəssisələrində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mütəmadi informasiyaların verilməsidir. İrəli sürülən təklifi bu ölkədə fəaliyyət göstərən kollec rəhbərləri müsbət qarşılamışlar. Hazırda bu istiqamətdə danışıqlar davam edir.

Hiç yorum yok:

Yorum Gönder