24 Şubat 2010 Çarşamba

KANADA PARLAMENTİNİN 38 DEPUTATI QONDARMA “ERMƏNİ SOYQIRIMI”NIN YUXARI PALATADA MÜZAKİRƏSİNİN ƏLEYHİNƏ ÇIXIB

Azərbaycan həqiqətlərinin Kanada təbliği nəticəsində bu ölkənin işğalçı Ermənistana olan baxışlarında köklü dəyişiklik yaranmışdır. Kanadada yaşayan azərbaycanlı, bu ölkənin nüfuzlu “Nyu Demokrat” Partiyasının Yaxın Şərq və Qafqaz üzrə əlaqələndiricisi, politoloq Aslan Xalidi demişdir ki, təcavüzkar Ermənistanın siyasi maraqlarının iflasa uğramasına səbəb Kanadadakı türk və Azərbaycan diaspor nümayəndələrinin birgə təbliğatı olmuşdur. Hazırda Azərbaycan diasporu əsas diqqətini parlamentlə əlaqələrini genişləndirməyə yönəldib. Kanadanın “Nyu Demokrat” Partiyasını parlamentdə təmsil edən 38 deputat qondarma “erməni soyqırımı” iddialarının yuxarı palatanın müzakirəsinə çıxarılmasının əleyhinə çıxış etmişdir.
Parlamentdə Azərbaycan şöbəsinin fəaliyyət göstərməsi və bu vasitə ilə ölkəmizin maraqlarının siyasi strukturda müzakirəyə çıxarılması qarşıda duran başlıca məqsədlərdəndir. Xocalı və 31 mart soyqırımlarını Kanadada gündəmə gətirmək üçün göstərilən səylər də artıq nəticəsini vermişdir. A.Xalidi qeyd etmişdir ki, 24 kilsə başçısının iştirakı ilə keçirilən Azərbaycan həqiqətləri adlı tədbir dini pərdə altında fəaliyyət göstərən erməni lobbisi üçün əsl zərbə olmuşdur.
Qarşıda duran digər vacib məsələlərdən biri də Kanadanın təhsil müəssisələrində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mütəmadi informasiyaların verilməsidir. İrəli sürülən təklifi  bu ölkədə fəaliyyət göstərən kollec rəhbərləri müsbət qarşılamışlar. Hazırda bu istiqamətdə danışıqlar davam edir.
http://www.diaspora.az/new/az/newsview.php?news_id=200904092

Hiç yorum yok:

Yorum Gönder