24 Ocak 2011 Pazartesi

İran din xadimlərinin, ayrı-ayrı dairələrin Azərbaycana qarşı təhdid və şantaj ritorikasına son qoyulmalıdır

Aslan Xalidi: ”Diasporumuz 5 ildə 50 ilin yolunu keçib”
Dünyaya səpələnmiş azərbaycanlıların sayı milyonlarladır. Onların çoxu bir zamanlar işğal altında olan vətəndən tapdanan haqlarını qürbətdə axtarmaq üçün gedənlərdir. Üz tutduqları ölkələrin həyat tərzinə uyğunlaşaraq çoxu artıq dünya ölkələrinin sakinlərinə çevrilib. Sonradan müstəqil, sivil dövlət olan Azərbaycana qayıtmasalar da həmişə bu torpağın övladı olublar və bu dövləti dünyada təmsil edirlər. Həmin insanlar diaspor adı altında təşkilatlanaraq Azərbaycanı və azərbaycançılığı təmsil edirlər. Amma bizdən cənubda, tikanlı məftillərin ayırdığı torpaqlarımıza baxdıqda İran rejimi altında 35 milyon soydaşımız əzildiyini görərik. Həmin soydaşlarımızın da çoxu bu ədalətsizliyə dözməyərək başqa ölkələrə üz tutur, orada yaşamağı üstün tuturlar. Azərbaycanın diaspor həyatında güneyli həmvətənlərimiz də yaxından iştirak edir, Azərbaycanı layiqincə təmsil edirlər.
Cənublu mühacir Aslan Xalidi də molla rejiminin haqsızlığı üzündən vətənindən uzaq düşüb. Bu yaxınlarda Bakıya okeanın o tayından, Kanadadan gəlib.
Qeyd edək ki, azərbaycanlıların Kanadada da geniş diaspor şəbəkəsi var. Kanadada mühacir həyatı yaşayan Aslan Xalidi qəzetimizə açıqlamasında Kanadadakı diaspor fəaliyyətimizi qənaətbəxş hesab edir.
“Azərbaycan diasporu bir neçə ildir təşkilatlanmağa başlayıb. Lakin gənc olmasına baxmayaraq təkcə mənim yaşadığım Kanadada deyil, Avropadan, okeanın o tayından da səsləri gəlir. Diasporumuz dünyanın güclü dövlətlərindən olan Amerikada da fəaliyyətini təşkil etməyi bacardı və bu gün bu fəaliyyət Azərbaycanımızı dünyaya tanıtmaqda mühüm işlər görür. Kanadada yaşayan ermənilər bizdən öncə fəaliyyətə başlamışdı və onlar ictimaiyəti öz yalanlarına inandırmağı bacarmışdı. Lakin diasporumuzun təşkilatlanaraq mübarizəyə başlaması nəticəsində artıq erməni yalanları ifşa edilir. Diasporun uğurlarından biri kimi Azərbaycan bayrağının Kanada hökümət evinin qarşısında 3 gün dalğalanmasını göstərmək olar. Artıq Kanada mətbuatında erməni yalanlarının ifşası ilə bağlı məlumatlar verilir. Azərbaycan həqiqətləri, Qarabağda, Xocalıda ermənilərin törətdikləri vandallıqların gerçək üzü aşkarlandı. Ermənilərin illərdir dünya ictiamaiyyətinə əks məlumatlar verməsi nəticəsində Kanadada da yanlış rəy formalaşdırmışdı. Lakin davamlı mübarizə, həqiqətlərin faktlarla sübutu ilə bu yalanların qarşısı alındı. Bütün bunlar Azərbaycan diasporunun, Kanadadakı səfirliyinin, Xarici İşlər Nazirliyinin və ümumilikdə hökumətin fəaliyyətinin şəffaflığını göstərir”.
Yeddi ildir Kanadada yaşayan A.Xalidi erməni diasporu ilə müqayisədə azərbaycanlı diasporunun fəaliyyətini yüksək qiymətləndirir: “Ermənilərin 100 ildə etdiyini Azərbaycan 5 ildə edib desək yanılmarıq. Azərbaycan bu 5 ildə 50 ilin yolunu keçib. Bunlar Azərbaycan dövlətinin xarici siyasətinin nə qədər effektiv olduğunu və bu siyasətdə Azərbaycanın nə qədər demokratik mövqedə dayandığını göstərir. Bilirsiniz ermənilər Azərbaycan hökumətini, cəmiyyətini dünyada anti-demokratik göstərməyə çalışır. Amma azərbaycanlılarımızın xaricdə təhsilə xüsusi dəyər vermələri, elm ocaqlarında uğurla fəaliyyət göstərmələri, onların insani keyfiyyətləri bunun belə olmadığını sübut etdi. Soydaşlarımızın səyi nəticəsində Azərbaycanın nə qədər obyektiv, nə qədər düzgün olduğunu dünya dövlətləri görür və bunun mahiyyətini nəzərə alaraq düzgün qiymət verir.”
Xatırladaq ki, Aslan Xalidi Kanadada Azərbaycan Stateji Araşdırmalar Mərkəzinə rəhbərlik edir. Mərkəzin əsas fəaliyyəti işğal altında olan cənub torpaqlarımızın Azərbaycana aid olduğunu və İranın şovinist siyasətini, molla rejimi altında yaşayan qeyri-fars xalqlarının, əsasən də çoxluq təşkil edən cənubi azərbaycanlıların bu siyasətdən əziyyət çəkdiyini sübut etmək, dünya ictimaiyyətinə çatdırmaqdır.
“Mən molla rejiminin təzyiqləri üzündən vətəndən uzaq düşmüşəm. Mənim kimi öz evindən, yurdundan uzaq düşən minlərlə soydaşımız var. Bunlar İranın bir millətin nümayəndələrinə etdiyi zülümlərin göstəricisidir. Bu təşkilatı yaratmaqda məqsədimiz İranı ifşa etmək, azərbaycanlıların haqlarını tapdadığını, onları “İran” boyda zindanda boğduğunu sübut etməkdir. Bu gün ermənilər torpağımızın 20 faizini işğal edib. Onlar bizim düşmənimizdir. Lakin İranı unutmaq lazım deyil. Ermənistana ən böyük dəstək verənlərdən biri də mollalardır. Çünki bununla onlar Azərbaycanın fikrini Qarabağ probleminə yönəltməklə Cənubdan diqqətini yayındırmaq istəyir. Daha bilmir ki, Qarabağımızı da qaytaracağıq, cənubumuzu da. Bunun üçün sadəcə səbr, zaman və inamla mübarizə lazımdır”.
Azərbaycanın tezliklə bütöv bir dövlət olacağına inanan A.Xalidi Cənubi Azərbaycanda diaspor təşkilatı yaratmaqla bağlı çağırışlara etiraz etdi: ”Diaspor Azərbaycanın tarixi ərazilərindən kənarda yaşayan azərbaycanlılardır. Cənubi Azərbaycan isə Azərbaycanın işğal edilmiş ərazisidir. Biz dünya dövlətlərinə sübut etməliyik ki, bizim ərazimiz işğal edilib və bu gün bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.”
Cənublu mühacir Azərbaycana gəlişini İran kəşfiyyatının son zamanlar fəallaşması ilə bağlı əlaqələndirir. Onun sözlərinə görə, əsas məqsədi
İran haqqında məlumatlı bir insan kimi Azərbaycan cəmiyyətini bilgiləndirməkdir.
Asif NƏRIMANLI
http://www.paritet.az/diaspor/3162.html

Hiç yorum yok:

Yorum Gönder