1 Ağustos 2012 Çarşamba

Amerikalı konqresmendən Klintona çağırış: "Amerika Güney Azərbaycanın müstəqilliyini dəstəkləməlidir"


GünAz TV: Amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu Güney azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb.
O, dövlət katibi Hillari Klintona məktubunda Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib. Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat yayıb.
“Konqresmenin məktubu İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında məlumatların nəticəsidir”, - konqresmenin ofisinin nümayəndəsi məktubu “Turan”a belə şərh edib.
Eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan konqresmenin məktubunda deyilir ki, ABŞ (Amerika Birləşmiş Ştatları) ya belə əməkdaşlığı, ya da Tehran rejimini dəstəkləməlidir.
“İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və azərbaycanlıların çoxu Vətənin birləşməsinə çağırır. İranda etnik azərbaycanlıların sayı Azərbaycan Cümhuriyyətində olduğundan iki dəfə çoxdur. Bu ölkə 1991-ci ildə SSRİ-nin (Şurəvi) süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb.
Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin (pənahqah, sığınacaq)  bombalanması”, - deyə məktubda vurğulanır.
N.S

Hiç yorum yok:

Yorum Gönder